İstanbulda dəhşətli ailə faciəsi: Ata oğlunu və qardaşını qətlə yetirdi
Hadisə
İstanbulun Ümraniye rayonunda baş verən ailə mübahisəsi faciə ilə nəticələnib.
News24.az xəbər verir ki, psixi xəstəlikdən əziyyət çəkən Fatih Y. 9 yaşlı oğlunu və qardaşını bıçaqlayaraq öldürüb. Hadisə ötən gün axşam saatlarında baş verib.
İlkin məlumata görə, nevroji problemlərinin olduğu bildirilən ata uşaqları ilə mübahisə edib, daha sonra nəzarəti itirərək oğluna bıçaqla hücum edib. Hadisə zamanı evdə olan digər övladı dərhal əmisinə xəbər verib. Əmisi müdaxilə etməyə çalışarkən bıçaqlanıb.
Əraziyə polis və təcili tibbi yardım cəlb olunub. Həkimlərin müayinəsi nəticəsində 9 yaşlı uşaq və əmi hadisə yerində həyatını itirib.