İstanbulda yaşayış binasının ÇÖKMƏ ANI - VİDEO
Hadisə
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb.
News24.az APA-ya istinadən bildirir ki, bunu İstanbul valisi Davut Gül deyib.
Məlumata görə, yaralıların 2-nin vəziyyəti ağırdır.
Daha iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. 1988-ci ildə inşa edilən binanın çökmə səbəbləri hələ məlum deyil.
İstanbulda çökən üçmərtəbəli yaşayış binası ilə bağlı yeni görüntü yayılıb.
Həmin görüntünü təqdim edirik: