İti nişan alıb, uşağı - VURDU

İti nişan alıb, uşağı - VURDU Hadisə

Dağıstanda bir kişi sahibsiz itə atəş açmaq qərarına gələrək nişan alıb, lakin uşağı vurub. 

News24.az xəbər verir ki, bu barədə Mash Gor Telegram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, hadisə Çanda kəndində baş verib. Həmin şəxsin və onun qohumlarının iqamətgahının yaxınlığında sahibsiz itlər gəzib. Kişi isə silah ilə problemi həll etmək istəyib. 

O, lisenziyası olmayan silahı götürərək itlərdən birini vurmaq istəyib, amma uğurlu olmayıb.

Nəticədə güllələr qardaşı oğluna dəyib, uşaq qolundan və ayağından yaralanıb.

Həkimlər uşağa bütün lazımi köməklik göstərib, yaralarını sararaq evə göndəriblər. 

Uşağın anası atəş açan şəxsdən şikayətinin olmadığını deyib.

Məryəm İlhamqızı