İtkin kimi axtarılan gənc tapıldı - Foto

İtkin kimi axtarılan gənc tapıldı - Foto Hadisə

Bakıda itkin düşən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi 19 yaşlı Vasif Abidinov tapılıb. 

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Abidinov Vasif Elnur oğlunun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

“Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb”.

Məlumat üçün bildirək ki, Vasif Abidinov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlib.