Dənizdən cəsədi - TAPILDI
Hadisə
Aydının Kuşadası rayonunda yaşayan 3 uşaq atası, Kuşadası Bələdiyyəsinin işçisi Bayram Ali Koçun yaxınları itkin düşdüyü üçün bir müddət polisə şikayət edib.
News24.az xəbər verir ki, telefonu ilə ailəsinə "Məni tapmaq istəyirsinizsə, dənizin dibinə baxın" deyə səsli mesaj göndərdiyi bildirilən Koçun axtarışı üçün iş başladılıb.
Ötən gün axşam saatlarında Kuşadası Adakule yaxınlığında suya dalış edən həvəskar dalğıc dənizin dibində boynuna daş bağlanmış kişi cəsədi ilə qarşılaşıb. Dalğıc vəziyyəti Sahil Mühafizəsi qruplarına xəbər verib. Komandalar cəsədin yanına gəlib onu sudan çıxarıblar. Meyitin iyulun 26-dan bəri xəbər alınmayan Bayram Ali Koça məxsus olduğu müəyyən edilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Məryəm İlhamqızı