Kanala aşan mikroavtobusda xəsarət alanların son durumu açıqlandı - Yeniləndi

Kanala aşan mikroavtobusda xəsarət alanların son durumu açıqlandı - Yeniləndi Hadisə

Şəmkirdə mikroavtobus su kanalına aşıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Bildirilir ki, mikroavtobus Yevlaxdan Şəmkirə istixanalardan birində işləyən fəhlələri daşıyırmış.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)

****

09:36

Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı 12-yə çatıb.

News24.az xəbər verir ki, rayonun Keçili kəndi ərazisində "Mercedes" markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı (1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report.az)

**

Dekabrın 4-də saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Kanala aşan mikroavtobusda xəsarət alanların son durumu açıqlandı - Yeniləndi