Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapıldı
Hadisə
Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.
News24.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.