Kəlbəcərdəki dəhşətli qəzada vəfat edən Vüsalın FOTOSU

Kəlbəcərdəki dəhşətli qəzada vəfat edən Vüsalın FOTOSU Hadisə

Xəbər verdiyimiz kimi, dünən Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Göyçay rayon sakini, 1988-ci il təvəllüdlü Tural İsmayılovun idarə etdiyi “HOWO” markalı yük maşını yoldan çıxaraq yol kənarındakı daş hasara çırpılıb.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində sürücü Tural İsmayılov, eləcə də sərnişinləri — Kəlbəcər rayon sakinləri, 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci il təvəllüdlü Elvin İsmayılzadə həyatını itirib.

Məlumata görə, qəzaya düşən “HOWO” markalı yük maşını “Amozun” şirkətinə məxsus olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

News24.az qəza nəticəsində vəfat edən Vüsal Məhərrəmovun fotosunu təqdim edir:

Yaşar Araz

Kəlbəcərdəki dəhşətli qəzada vəfat edən Vüsalın FOTOSU