"Kəpəz"in futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

"Kəpəz"in futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı Hadisə

Ötən gün Gəncə şəhərində "Kəpəz" komandasının futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

News24.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

V.Rzayev xəstəxanaya yerləşdirilib.