Kərkükdən Bakıya ilk reys açıldı - FOTO

Kərkükdən Bakıya ilk reys açıldı - FOTO Hadisə

Bu gün "İraqi Airways" aviaşirkəti ilk dəfə olaraq Kərkükdən Bakıya uçuşlara başlayıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, gələcəkdə Ərbil-Bakı və Bəsrə-Bakı reyslərin açılışı da planlaşdırılır.

"Bu gün ilk dəfə olaraq Kərkükdən Bakıya uçuş başlayıb. Növbəti sırada Ərbil-Bakı və Bəsrə-Bakı reysləri var", - paylaşımda qeyd olunur.


Kərkükdən Bakıya ilk reys açıldı - FOTO