1 yaşlı körpənin qəfil ölümü ilə bağlı TƏBİB-dən açıqlama - Yeniləndi
Hadisə
Şəki rayonunun Biləcik kəndində 1 yaşlı körpə qəfil dünyasını dəyişib.
News24.az xəbər verir ki, kənd sakini 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayevanın halı evdə qəfil pisləşib.
Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, o, yolda dünyasını dəyişib.
İlkin ehtimala görə, körpənin epilepsiyası tutub və onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, beş gün öncə A. Zəkəriyayevanın 1 yaşı tamam olub.(Bizim.Media)
09:36
"Yanvarın 12-si saat 23:00 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) ailə üzvləri tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Qax və Şəki rayon mərkəzi xəstəxanalarından məlumat verilib:
"Körpədə həyat əlamətləri müşahidə olunmayıb, bəbəklər genişlənib, hər hansı xarici reaksiyaya cavab verməyib və dodaqlar göyərmiş vəziyyətdə olub.
Azyaşlının bioloji ölüm faktı qeydə alınsa da, ailə üzvləri onun ölüm faktını qəbul etməyərək yanvarın 12-si saat 23:40 radələrində tibb müəssisəsini tərk ediblər.
Daha sonra azyaşlı ailə üzvləri tərəfindən yanvarın 13-ü 00:20 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasında da həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib".