Şəkidə evdə PARTLAYIŞ: xəsarət alan var
Hadisə
Şəkidə yaşayış evində baş verən partlayışda bir neçə nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində fərdi yaşayış evlərindən birində qeyd alınıb.
İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.
Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.(report)