Şəkidə iki avtomobil toqquşdu: xəsarət alan var
Hadisə
Şəkidə iki avtomobil toqquşub, sürücülərdən biri xəsarət alıb.
News24.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Çeşməli kəndi ərazisində baş verib.
VAZ-2106 markalı avtomobillə KİA markalı avtomobillər toqquşub. Bu zaman jiqulunun sürücüsü, rayonun İbrahimkənd sakini İbrahim Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.