Kişini dirəyə bağlayıb atəş açıblar - Səbəb isə…
Hadisə
Rusiyanın Ufa şəhərində atışma zamanı kişi dirəyə bağlanıb.
News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, hadisə şahidlərinin dediyinə görə, yerli sakinlər gül bağından gül yığmaq istəyən şəxsi hərəkətsizləşdiriblər.
Onların dediyinə görə, kişi sentyabrın 1-də uşağa gül dəstəsi vermək niyyətində olub.
Hadisəni Başqırdıstan Daxili İşlər Nazirliyi şərh edib. Polisin məlumatına görə, travmatik tapançadan atəş açılıb.
“ Axşam saat 10 radələrində Rusiya Daxili İşlər Nazirliyinin Ufa şəhərindəki 3 saylı Polis İdarəsinə Nəzər Nəcmi küçəsindəki evlərdən birinin yaxınlığında münaqişənin baş verməsi, nəticədə travmatik tapançadan atəş açıldığı barədə məlumat daxil olub. Bütün təqsirləndirilən şəxslər polis şöbəsinə aparılıb”, – Daxili İşlər Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır, nəticəyə əsasən qərar qəbul ediləcək.