Kolbasa şirkətində bədbəxt hadisə baş verdi - Ölən var

Kolbasa şirkətində bədbəxt hadisə baş verdi - Ölən var Hadisə

Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib.

News24.az lent.az-a istinadla bildirir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) qeydə alınıb.

Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.