Könül Vəlibəylinin qızı ilə bağlı vacib xəbər

Könül Vəlibəylinin qızı ilə bağlı vacib xəbər Hadisə

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızının son durumu açıqlanıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib:

"2000-ci il təvəllüdlü (qadın) pasiyentin müalicə tədbirləri planlı şəkildə davam etdirilir. Pasiyentin vəziyyəti stabil ağır olaraq qalır", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, ötən il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.