Kürdəmirdə qəza oldu, üç nəfər yaralandı – Fotolar/Yeniləndi

Kürdəmirdə qəza oldu, üç nəfər yaralandı – Fotolar/Yeniləndi Hadisə

Kürdəmirdə baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

News24.az xəbər verir ki, bunlar avtomobildə olan sərnişinlər Bakı şəhər sakinləri- 1980-ci il təvəllüdlü Novruzova Südabə Müzakir qızı və 1983-cü il təvəllüdlü Novruzova Natavan Vaqif qızıdır.

Bir nəfərin isə xəsarəti yüngül olduğundan ilkin yardım edilərək evə buraxılıb.

**

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İbrahim Novruzov "Hyundai i30" markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobidə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Kürdəmirdə qəza oldu, üç nəfər yaralandı – Fotolar/Yeniləndi Kürdəmirdə qəza oldu, üç nəfər yaralandı – Fotolar/Yeniləndi Kürdəmirdə qəza oldu, üç nəfər yaralandı – Fotolar/Yeniləndi