Dəhşətli qəza - Ölənlər var
Hadisə
Krımın Cankoy rayonunda baş vermiş bədbəxt hadisə nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə respublika prokurorluğu məlumat yayıb.
Hadisə dekabrın 26-da Cankoy-Krasnoperekopsk yolunda baş verib. Məlumata görə, “VAZ” markalı avtomobilin sürücüsü yolun sağ hissəsində təhlükəsiz intervalı təmin etməyib və “Volvo” markalı yük maşını ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü və sərnişini hadisə yerində ölüb, “VAZ”ın daha 3 sərnişini, o cümlədən bir yeniyetmə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdıma gedir.
Ağa Dadaşzadə