Küləkli havada xəsarət alan var
Hadisə
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən yıxılma səbəbilə çağırış qeydə alınıb.
Bu barədə News24.az-a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.