Kürdəmirdə ev yanaraq külə döndü

Kürdəmirdə ev yanaraq külə döndü Hadisə

Kürdəmir rayonunun Carlı kəndində ev yanıb.

News24.az xəbər verir ki, yanğın kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli evdə baş verib.

Hadisə zamanı evin yanar konstruksiyaları yanaraq külə dönüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Faktla bağlı araşdırma aparılır. (Report)