Kürdəmirdə ikimərtəbəli evdə - YANĞIN

Kürdəmirdə ikimərtəbəli evdə - YANĞIN Hadisə
Kürdəmir rayonunun Qağacılı kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a vedrilən məlumata görə, 1 otağın və mətbəxin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyü 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.