Kvadrosikllə minik maşını toqquşdu - 15 yaşlı oğlan öldü
Hadisə
Ağstafada ölümlə nəticələnən qəza olub.
“Yeni Sabah” xəbər verir ki, qəza hərəkətdə olan kvadrosikllə minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı 2011-ci il təvəllüdlü N.N. həyatını itirib, 2011-ci il təvəllüdlü K.Ə. isə müxtəlif bədən xəsarətləri alıb. Onun müalicəsi xəstəxanada davam etdirilir.
Onların hər ikisi kvadrosikldə olub.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/