Lahmacun 25 nəfəri xəstəxanalıq etdi - Bu ölkədə

Lahmacun 25 nəfəri xəstəxanalıq etdi - Bu ölkədə Hadisə

İstanbulun Şişli rayonunda restoranlardan birindən lahmacun sifariş edən 25 nəfər yeməkdən sonra özlərini pis hiss edərək qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

News24.az xəbər verir ki, şikayətlərdən sonra polis və aidiyyəti qurumların əməkdaşları restorana baxış keçirib, məhsullardan nümunələr götürülüb. Obyektin müvafiq sənədlərinin olmadığı müəyyən edilib və restoranın qapısı möhürlənib. Bildirilib ki, bu həmin restoranda baş verən dördüncü belə hadisədir.

Zəhərlənən şəxslərə tibbi yardım göstərilib və vəziyyətlərinin yaxşı olduğu açıqlanıb.

Nilufər