Lənkəranda baş vermiş qəzada xəsarət alanlardan biri - Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırıldı

Lənkəranda baş vermiş qəzada xəsarət alanlardan biri - Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırıldı Hadisə

Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam edir.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağır stabil qiymətləndirilir.


Vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır.