Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI Hadisə

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, yanğın Emil Əkbərova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.(bizimmedia)