Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürdü

Lənkəranda kişi arvadını, sonra özünü ov tüfəngi ilə öldürdü Hadisə

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.

1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır. (APA)