Lənkəranda meyiti tapılmış şəxsin FOTOSU

Lənkəranda meyiti tapılmış şəxsin FOTOSU Hadisə

Lənkəranın Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadənin meyiti dənizdə tapılıb.

News24.az xəbər verir ki, onun bir neçə gün əvvəl dənizdə batdığı bildirilirdi.

Qeyd edək ki, Ələsgər Həsənzadə dünyada Ginnesin rekordlar kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medalla və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib. O, həmçinin, Ginnesin rekordlar kitabında fəxri üzv kimi qeydə alınıb.

Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə "press" deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.(report)

News24.az meyiti tapılan şəxsin fotosunu təqdim edir :