Lənkəranda qəza oldu - Yaralılar var- Yeniləndi
Hadisə
Lənkəran rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
"VAZ-2107" markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini, 1976-cl il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.(Unikal)
15:46
Lənkəranda baş verən qəzada xəsarət alanlar barədə yeni məlumat var.
News24.az-ın məlumatına görə, onlardan biri 1988-ci il təvəllüdlü Salyan rayon sakini Əliyar Ağagül oğlu Əzizov, qulağın arxa səthinin çoxsaylı əzilmiş-didilmiş yarası alıb və alt çənənin açıq yarası mövcuddur.
1962-ci il təvəllüdlü Salyan rayon sakini Səfər Əvəz oğlu Əzizov isə sağ döş qəfəsinin qapalı travması alıb. Qabırğa sınığı var.(APA)