Lüks brendə "skuter hücumu": Parisdə inanılmaz hadisə

Lüks brendə "skuter hücumu": Parisdə inanılmaz hadisə Hadisə

Parisdə cinayətkarlar sürdükləri skuteri “Chanel” butikinin vitrininə çırpmaqla mağazanı qarət etməyə cəhd ediblər.

News24.az xəbər verir ki, bu barədə “LCI” məlumat yayıb.

Quldurlardan birinin üzərində tapança olub, lakin silahın həqiqi olub-olmadığı hələlik bilinmir. Hadisəyə mağazanın mühafizəçisi müdaxilə etdikdən sonra quldurlar heç nə oğurlaya bilmədən hadisə yerindən qaçıblar.

Hələ ki onların saxlanılması mümkün olmayıb.