Mağazadan 3 min manat - OĞURLANDI

Mağazadan 3 min manat - OĞURLANDI Hadisə
Ağstafada mağazadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də rayon ərazisindəki mağazaların birindən 1500 manat və 1200 dollar pul, habelə 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ü.Cəlilov saxlanılıb.