Masallı sakinindən - TÜFƏNG GÖTÜRÜLDÜ

Masallı sakinindən - TÜFƏNG GÖTÜRÜLDÜ Hadisə
Masallı sakinində silah aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az- a verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini İ.Qasımovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-66” markalı ov tüfəngi, 3 ədəd patron götürülüb.