Masazırda iki qadın QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT - YENİLƏNDİ

Masazırda iki qadın QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT - YENİLƏNDİ Hadisə

Masazırdakı qətlə bağlı təfərrüatlar məlum olub.

News24.az xəbər verir ki, iki qadını qətlə yetirən şəxs xanımlardan birinin sevgilisi olub.1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O, bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub.

Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın qohumundan kömək istəyib.

P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirildiyini görüb.Hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.

Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da 15 bıçaq zərbəsi vurub.(oxuaz)


***
12:31

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

News24.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.(report)