Masazırda köməksiz vəziyyətdə qalan uşaq xilas edildi

Masazırda köməksiz vəziyyətdə qalan uşaq xilas edildi Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Masazır kəndində 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.