Maşın uçrumdan düşdü: - Yaralılar var
Hadisə
Türkiyədə sürücü idarəetməni itirərək uçurumdan aşağı düşüb.
News24.az xəbər verir ki, qəzada 1-i ağır olmaqla 4 nəfər yaralanıb. Qəza anı sosial media hesabında canlı yayım açan K.A-nın kamerasına düşüb.
Qəzanı canlı yayımda görən vətəndaşlar vəziyyəti 112 Təcili Yardım qruplarına xəbər verib.
Yaralılardan Melek A.-nın vəziyyətinin ağır olduğu və xəstəxananın reanimasiya şöbəsində olduğu öyrənilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə