Maşınında meyiti tapıldı - Foto

Maşınında meyiti tapıldı - Foto Hadisə


Bakıda 54 yaşlı kişi avtomobilində vəfat edib.

News24.az “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Yunis Əhməd oğlu Fərəcoun meyiti “Mercedes” markalı 10-NZ-101 dövlət qeydiyyat nömrəli avtomobildə aşkar edilib. Onun ürək çatışmazlığından vəfat etməsi məlum olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Maşınında meyiti tapıldı - Foto