Mask 134 milyard dollarlıq iddia qaldırdı
Hadisə
Təxminən 779 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı olan Elon Mask "ChatGPT"nin yaradıcısı "OpenAI" və "Microsoft"a qarşı 134 milyard dollarlıq iddia qaldırıb.
News24.az xəbər verir ki, bu barədə "Forbes jurnalı" məlumat yayıb.
Xəbərlərə görə, 2018-ci ildə həmtəsisçisi olduğu "OpenAI"dən ayrılan Mask, "OpenAI"dən 109 milyard dollar, həmçinin "OpenAI"də 27% paya sahib olan "Microsoft"dan 25 milyard dollar tələb edir.