Məhkəmə atasını kürəyindən bıçaqlayıb öldürən oğulu - CƏZADAN AZAD ETDİ

Məhkəmə atasını kürəyindən bıçaqlayıb öldürən oğulu - CƏZADAN AZAD ETDİ Hadisə

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən rayon sakini Cavid Bədirxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesüdə təqsirləndirilən şəxsüə hökm oxunub. 

Məhkəmənin hökmü il C. Bədirxanovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu müyəəyn edilib,  o cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. 

Xatırladaq ki, hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Cavid Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddətdən sonra orada ölüb. 

 Cavid Bədirxanov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.


Samir Əli