Məktəbdə şagirdi tualetə salıb döydülər - ŞOK OLAY
Hadisə
Türkiyədə şagird sinif yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.
News24.az xəbər verir ki, hadisə Aksaray şəhərində yerləşən Şəhid pilot Hamza Gümüşsoy adına liseydə qeydə alınıb.
Liseyin 10-cu sinif şagirdi M.S.A (15) noyabrın 22-də üzünü yumaq üçün tualetə gedib. MSA-nı izləyən 12-ci sinif şagirdləri O.Y (17) və C.K (17) tualetin qapısını kilidləyib. Ondan musiqi ilə orada rəqs etməyi xahiş ediblər. M.S.A narahat olduğunu bildirib və rəqs edə bilmədiyini bildirib. Bunun üzərinə O.Y M.S.A-nın hərəkət etməməsi üçün onu arxadan tutub, CK isə onun üzünə və qarnına yumruq zərbələri endirib.
Qaşından və gözündən xəsarət alan oğlunu xəstəxanaya aparan və döyülmə xəbəri alan ata daha sonra O.Y və C.K-nu məktəb direktoruna şikayət edib.
Uşağın atası bildirib ki, övladı hadisədən sonra böyük travma yaşayıb:
"Hücum səbəbində oglumun bədənində izlər və şişliklər var. Qarşı tərəfdən şikayət edirəm. Oğlum hazırda məktəbə getmək istəmir. Mən istəyirəm ki, bu məsələ araşdırılsın. Mənim uşağımın gələcəyi necə olacaq? Müdirdən şikayətim var, o, bununla bağlı öz vəzifəsinə etinasız yanaşır", - deyə, bildirib.
Nəzrin
