Məktəbin qarşısında qəza baş verdi: - 11 nəfər öldü

Məktəbin qarşısında qəza baş verdi: - 11 nəfər öldü Hadisə

Donpinq əyalətində idarəetmədən çıxan məktəb avtobusu lisey qarşısında gözləyən şagirdləri və valideynləri vurub. 

News24.az Çin dövlət televiziyası CCTV-ə istinadən xəbər verir ki, qəzada 11 nəfər ölüb, 24 nəfər yaralanıb.

Yerli polis bölməsindən verilən açıqlamada həyatını itirənlərdən beşinin tələbə, altısının isə valideyn olduğu bildirilib.

Xəstəxanalara sövq edilən yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.

Qeyd edilib ki, hadisəni törədən sürücü saxlanılıb, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı