"Mələyinlə rahat yat" -Bakıda ata və qızının öldüyü yerdən təsirli görüntü

"Mələyinlə rahat yat" -Bakıda ata və qızının öldüyü yerdən təsirli görüntü      Hadisə

Ötən il Heydər Əliyev prospektində üç avtomobilin toqquşması nəticəsində baş verən ağır qəzada ölən ata və azyaşlı qızının vəfatının ildönümüdür.

News24.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu və onun iki yaşlı qız övladının yaxınları qəzanın baş verdiyi yerə onların şəkillərini və çiçəklər düzüblər. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, “Mercedes”, “Renault” və “Changan” markalı 3 avtomobilin toqquşduğu qəza ötən il fevralın 16-dan 17-nə keçən gecə baş vermişdi. Avtomobil R.Məmmədovun icarəyə götürdüyü və taksi kimi fəaliyyət göstərdiyi nəqliyyat vasitəsi imiş.

Yaşar Araz