Mərdəkanda ağır qəza - Sürücü öldü - FOTO

Mərdəkanda ağır qəza - Sürücü öldü - FOTO Hadisə

Xəzər rayonu, Mərdəkan körpüsü yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Hyundai İ30" markalı minik avtomobili idarəetməni itirirək dəmir maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü həyatını itirib. 

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Mərdəkanda ağır qəza - Sürücü öldü - FOTO