Məşhur bloger qəfil vəfat etdi - FOTO
Hadisə
Məşhur ispaniyalı bodibildinq blogeri Alfredo Martin 30 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Onun qəfil ölümünün səbəbi məlum deyil.
Alfredo Martin ilk dəfə İnternetdə Héroe Fitness və Villano Fitness ləqəbləri ilə şöhrət qazanıb. Onun hesablarını yüz minlərlə insan izləyir.
O, pərəstişkarlarına əzələ kütləsini necə toplamaq, düzgün məşq etmək barədə məsləhətlər verib, həmçinin məşqlər də göstərib.
Nəzrin