Məşhur aktyor barəsində həbs qərarı verildi
Hadisə
Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan bələdiyyə sərdri və aktyor Erdal Beşikçioğlu həbs edilib.
News24.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasına (CHP) məxsus Etimesqut Bələdiyyəsində “tenderə müdaxilə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “cinayətkar təşkilat yaratmaq” ittihamları ilə bağlı aktyorla birgə daha 39 nəfər barəsində də həbs qərarı verilib.
Qeyd edək ki, iyulun 30-da Türkiyədə,səhər saatlarında 9 vilayətdə eyni vaxtda əməliyyata başlanılıb.
Əməliyyat çərçivəsində 42-si bələdiyyə əməkdaşı, 13-ü isə şirkət nümayəndəsi olmaqla, ümumilikdə 55 şübhəli saxlanılıb.