Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi Hadisə

Türkiyə teatr və televiziya sənətinin tanınmış simalarından olan Koray Ergün 68 yaşında vəfat edib.

News24.az xəbər verir ki, aktyorun vəfatı barədə məlumat ailəsi tərəfindən sosial şəbəkədə paylaşılıb.

Paylaşımda, - atamızın itkisi ilə bağlı dərin kədər içindəyik. Allah rəhmət eləsin, - deyə qeyd edilib.

Qeyd edək ki, Koray Ergün ötən ilin fevral ayında sosial media hesabında beynində şiş aşkarlandığını açıqlamışdı. Uzun illər teatr səhnəsində və televiziya layihələrində çıxış edən aktyor Türkiyə sənət ictimaiyyətində sevilən simalardan biri kimi tanınırdı.