Məşhur aktyor vəfat etdi - Foto
Hadisə
ABŞ-də “Eyforiya”və “Sehirlənmişlər” kimi seriallarda rol alan məşhur aktyor Erik Deyn 53 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə “People” jurnalı aktyorun ailəsinə istinadən məlumat yayıb.
Ötən il 53 yaşlı aktyora yan amiotrofik skleroz (ALS) diaqnozu qoyulub.
O son günlərini dostlarının, həyat yoldaşının və iki qızının əhatəsində keçirib.
Qeyd edək ki, yan amiotrofik skleroz mərkəzi sinir sisteminin sağalmaz xəstəliyidir və əzələlərin atrofiyasına, ətrafların iflicinə səbəb olur.