"Əmi gəlib sənin də qulağını kəsər” – azyaşlının işgəncə görməsi ilə bağlı TƏFƏRRÜATLAR məlum oldu – Video
Hadisə
Bakıda ana və onun qeyri-rəsmi münasibətdə yaşadığı şəxsin 6 yaşlı uşağa işgəncə verməsi ilə bağlı cinayət işi başlanıb.
News24.az xəbər verir ki, zərərçəkmiş uşağın atasının sözlərinə görə, boşanma prosesi başa çatmadığı üçün məhkəmənin qərarı ilə ata ilə uşağın müntəzəm görüşü təmin olunub. Hadisə sentyabrın 6-da baş verib. Ata uşağı evinə gətirdikdən sonra paltarını dəyişərkən bədənində ciddi xəsarətlər və gematomalar aşkarlayıb.
Uşağın əvvəlcə susduğunu, daha sonra güvən qazandıqdan sonra həqiqəti danışdığını bildirən ata deyib ki, azyaşlı ona “Əmi ilə mama məni döyüblər” deyə bildirib. Ata dərhal 102 xidmətinə məlumat vermək istədikdə isə uşaq qorxu içində polisə şikayət etməməsini xahiş edib:
“Papa, polisə demə, əmi gəlib sənin də qulağını kəsər”.
Daha ətraflı videoda: