“Əmim 15 yaşımda bəkarətimi aldı” - 22 yaşlı Nərmin danışdı – VİDEO
Hadisə
Xəbər verdiyimiz kimi, gənc qızın sosial şəbəkələrdə atası və əmisi tərəfindən təcavüzə məruz qaldığını iddia etdiyi görüntüləri yayımlanıb. Videonun müəllifi Nərmin Şirəliyeva RTV-yə açıqlama verib. O, yaşadıqları ilə bağlı yeni detallar səsləndirib.
News24.az-ın xəbərinə görə, Nərmin Şirəliyeva bildirib ki, ailə üzvləri tərəfindən uzun illər psixoloji və fiziki təzyiqə məruz qalıb. Onun sözlərinə görə, ilk dəfə 7 yaşında atasının qeyri-adekvat davranışları ilə üzləşib.
Nərmin iddia edib ki, ailəsi onu susdurmağa və psixoloji problemləri olan biri kimi təqdim etməyə çalışır:
“Öz adlarını təmizləmək üçün məni dəlixanaya salmaq istəyirlər. Mən susmayacağam. Mən ölmək istəmirəm”, – deyə o bildirib.
Daha ətraflı süjetdə: