Mingəçevirdə 19 yaşlı qız binadan yıxıldı
Hadisə
Mingəçevirdə gənc qız binanın beşinci mərtəbəsindən yıxılıb.
News24.az xəbər verir ki, hadisə Cəmil Əliyev küçəsində baş verib. Belə ki, 2007-ci il təvəllüdlü şəhər sakini Əkbərova Nailə Faiq qızı yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq yerə çırpılıb. Təcili xəstəxanaya çatdırılan qızın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanıb.(unikal)