Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürdü
Hadisə
Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürüb.
News24.az xəbər verir ki, hadisə "Dəli Kür" restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində baş verib.
1981-ci il təvəllüdlü işçi Mahmudov Zaur Musa oğlu ərazidə iş gördüyü zaman elektrik cərəyanı onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)