Mingəçevirdə məktəbli bıçaqlandı, şübhəli yeniyetmə saxlanıldı – Yeniləndi

Mingəçevirdə məktəbli bıçaqlandı, şübhəli yeniyetmə saxlanıldı – Yeniləndi Hadisə

Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.

News24.az APA-ya istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

**

Mingəçevirdə məktəbli bıçaqlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü  Sarıyev Elman Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.